Tahir Gözəl və Qurban Qurbanov “Sabah”ın oyununu stadiondan izləyiblər - FOTO

25 Avqust 2026 23:39
110
Tahir Gözəl və Qurban Qurbanov “Sabah”ın oyununu stadiondan izləyiblər - FOTO

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi qarşılaşmanı futbol ictimaiyyətinin tanınmış simaları da tribunadan izləyiblər.

İdman.Biz xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl və komandanın baş məşqçisi Qurban Qurbanov da "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununu stadiondan izləyənlər arasında olublar.

Onların qarşılaşmanı birlikdə tribunadan izləməsi diqqət çəkib.

Xatırladaq ki, bir neçə gün əvvəl Tahir Gözəl azarkeşləri bu oyuna baxmağa dəvət etmişdi:

“Sabah”ın çox vacib avrokubok oyunu var. “Sabah” güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdür və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. İnanıram ki, dolu stadionun yaratdığı ab-hava Azərbaycanımızın təmsilçisinə əlavə güc verəcək. Həmin gün klub fərqi qoymadan hamımız “Sabah”ın yanında olmalıyıq”.

Foto: İslam Atakişiyev

İdman.Biz