“Turan Tovuz” elektron bilet sisteminə keçir

11 Avqust 2026 19:32
159
“Turan Tovuz” elektron bilet sisteminə keçir

“Turan Tovuz” futbol klubu yeni mövsümdən etibarən stadionda elektron bilet sisteminə keçcəcək.

İdman.Biz bu barədə kluba istinadən bildirir.

Məlumatda qeyd olunur ki, bu yenilik stadionunun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.

“Birbilet.az ilə əməkdaşlığımız çərçivəsində azarkeşlərimiz artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, mövsümlük bilet əldə etməklə stadionda özünüz üçün ən ideal yeri seçə və mövsüm boyu bütün oyunları eyni yerdən izləyə bilərsiniz.

Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora dəvətnamələri stadionumuzun kassasından ödənişsiz əldə edə bilərlər.

Elektron bilet almaqda çətinlik çəkən azarkeşlərimiz isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Mövsümün ilk oyunu üçün biletlər sabah saat 11:00-dan satışa çıxarılacaq”, klubdan bildirilib.

İdman.Biz