Ramil Şeydayevin debütü baş tutmayıb - VİDEO

Xəbərlər
20 Yanvar 2024 22:16
Ramil Şeydayevin debütü baş tutmayıb - VİDEO

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyə 1-ci Liqasında debütü gerçəkləşməyib.

İdman.biz xəbər verir ki, o, üç gün əvvəl müqavilə bağladığı “Kocaelispor”da ehtiyatda qalıb.

Ramilin yeni komandası öz meydanında çempionatın lideri “Eyüpspor”a qalib gəlib. Qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Şeydayevin adı iştirak ərizəsinə daxil edilsə də, o, şans qazanmayıb. Son iki turda uduzan “Kocaelispor” 19 turdan sonra 36 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Ramil yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.

İdman.biz