Azərbaycanın UEFA ölkə reytinqində mövqeyində dəyişiklik baş verməyib.
İdman.Biz xəbər verir ki, Azərbaycan 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci sıradakı Sloveniyanın 22.468 əmsalı var.
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, Azərbaycan klublarından “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. UEFA Çempionlar Liqasında mübarizə aparan “Sabah” isə səfərdə Danimarka çempionu “Orhus”a 1:2 hesabı ilə uduzub.
