Qurban Qurbanov: “Müdafiədə pis davranmadıq, sadəcə hücumda aqressivlik çatmadı”

6 Avqust 2026 23:36
98
Qurban Qurbanov: “Müdafiədə pis davranmadıq, sadəcə hücumda aqressivlik çatmadı”

“Danışılası çox şey yoxdur. Cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda çox yaxşı müdafiə olunan, çox sürətli əks-hücumlara keçən komanda var”.

İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Dinamo Kiyev”ə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

“Bir az sürəti qaldırmaq lazım idi, ancaq hava şəraiti imkan vermədi. Həddindən artıq çox isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. İnşallah, Bakıya dönəndən sonra oyunu tam təhlil edib qarşıdakı 5-6 gündə hazırlaşacağıq.
Kiçik bir texniki səhvdən qol buraxdıq. Müdafiədə pis davranmadıq, sadəcə hücum xəttində aqressivlik çatmadı”, – Qurbanov bildirib.

Komandalar arasında cavab oyunu bir həftədən sonra Bakıda olacaq.

İdman.Biz