“Sabah” - “Orhus” oyununun hakimi dəyişdirildi

7 Avqust 2026 09:46
100
“Sabah” - “Orhus” oyununun hakimi dəyişdirildi

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Sabah” - “Orhus” cavab oyununun hakimlər briqadası mümkün maraqlar toqquşmasına görə dəyişdirilib.

İdman.Biz xəbər verir ki, UEFA Bakıda keçiriləcək cavab matçına əvvəlcədən təyin olunan portuqaliyalı hakimlərlə bağlı qərarını dəyişib.

Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasının təyinatı ləğv olunub. Hakimlərin 9 avqustda Bakıya gəlməsi nəzərdə tutulurdu.

Əvəzində UEFA Fransadan olan referiləri “Sabah” - “Orhus” matçına təyin edib.

Qarşılaşmanın baş hakimi Villi Delajod olacaq. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. Bastien Deşepi VAR, Nikolya Rainvill isə AVAR kimi fəaliyyət göstərəcək.

Təyinat dəyişikliyinə səbəb “Sabah” - “Orhus” cütünün məğlubunun Portuqaliyanın “Benfika” komandası ilə qarşılaşmaq ehtimalının yaranmasıdır.

Avrokubokların pley-off mərhələsinin püşkünə əsasən, bu cütdə məğlub olacaq komanda UEFA Avropa Liqasının pley-offunda “Benfika” - “Harts” cütünün qalibi ilə qarşılaşacaq. Portuqaliya təmsilçisi ilk oyunda “Harts”ı 6:1 hesabı ilə məğlub edib.

UEFA mümkün qərəz şübhəsini aradan qaldırmaq üçün portuqaliyalı hakimlərin təyinatını ləğv edib.

Qeyd edək ki, “Sabah” - “Orhus” oyunu 11 avqustda “Bank Respublika Arena”da keçiriləcək. Danimarkada baş tutan ilk görüşdə “Orhus” 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz