“Kəpəz” müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatdı - VİDEO

30 İyul 2026 11:06
86
“Kəpəz” müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatdı - VİDEO

“Kəpəz” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Rafael Məhərrəmli son olaraq “Şamaxı” komandasında çıxış edib. Müdafiəçi ötən mövsüm Misli Premyer Liqasında 16 oyunda meydana çıxıb.

İdman.Biz