Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Trabzonspor” və “Qalatasaray” asanlıqla 1/8 finalda - VİDEO - İdman və Biz

“Trabzonspor” və “Qalatasaray” asanlıqla 1/8 finalda - VİDEO

Xəbərlər
19 Yanvar 2024 00:38
807
“Trabzonspor” və “Qalatasaray” asanlıqla 1/8 finalda - VİDEO

Türkiyə kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirin son günü azərbaycanlı futbolçular üçün uğursuz alınıb.

Sertan Taşkının çıxış etdiyi “Manisa” “Trabzonspor”a, Coşqun Diniyevin şərəfini qoruduğu “Umraniyespor” isə “Qalatasaray”a məğlub olub. Turnirin favoritləri çətinlik çəkmədən 1/8 finala yüksəliblər.

Günün sürpriz nəticəsi Kayseridə qeydə alınıb. Meydan sahibləri gözlənilmədən “Gənclərbirliyi”nə uduzub.

Türkiyə kuboku
1/16 final

Sivasspor – Keçiörengücü – 3:2
Kayserispor – Gənclərbirliyi – 1:2

Konyaspor – Göztəpə - 2:1 ə.v.
Trabzonspor – Manisa – 3:1

Qalatasaray – Ümraniyəspor – 4:1

İdman.biz