Coşqun Türkiyə kuboku ilə vidalaşıb

Xəbərlər
19 Yanvar 2024 00:09
205
Coşqun Türkiyə kuboku ilə vidalaşıb

Azərbaycanın daha bir futbolçusu Türkiyə kubokunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Coşqun Diniyev 1/16 finalda turnirlə vidalaşıb.

Yığmanın futbolçusunun çıxış etdiyi “Ümraniyəspor” səfərdə “Qalatasaray” uduzub. “Sarı qırmızılar” 4:1 hesabı ilə qələbə qazanıblar. Coşqun bu görüşdə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edən Şahruddin Məhəmmədəliyev ("Adana Dəmirspor"), Vüsal İsgəndərli ("Boluspor"), Sertan Taşkın (“Manisa”) mübarizəni erkən dayandırıblar.

İdman.biz