Şotlandiyanın “Seltik” klubu Azərbaycanda çıxış edən daha bir legioneri heyətinə qatmaq istəyir.
İdman.Biz bildirir ki, “Seltik” bu ay “Qarabağ”dan Kamilo Duranı transfer etmişdi.
Scotsman.com xəbər verir ki, Qlazqo klubu “Sabah”ın oyunçusu Aaron Maluda ilə maraqlanır.
“Seltik” 20 yaşlı vingerin transferini bu yay həll etmək istəyir.
Şotlandlar Maluda üçün “Sabah”a 2 milyon funt-sterlinq təklif edəcəklər. Fransanın əfsanə futbolçusu Floran Maludanın oğlu olan Aaron ötən ilin yayından “Sabah”ın formasını geyinir.
