Faiq Hacıyev: “Yeni mövsümdə daha güclü “Turan Tovuz” görəcəksiniz”

16 İyul 2026 18:06
94
Faiq Hacıyev: “Yeni mövsümdə daha güclü “Turan Tovuz” görəcəksiniz”

“Hər şey çox yaxşı gedir. Proqrama uyğun şəkildə çalışırıq, intensiv məşqlərimiz davam edir. Çempionat başlayana qədər tam hazır olmaq üçün əlimizdən gələni edirik”.

Bu sözləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

26 yaşlı müdafiəçı komandasının növbəti mövsüm üçün hədəfindən danışıb.

“Əlbəttə, ötən mövsüm Avrokuboklara vəsiqə qazansaq da, orada çıxış edə bilməməyimiz hamımız üçün məyusedici oldu. Amma bununla yaşaya bilmərik. Hər şeyi geridə qoyub yeni mövsümdə daha yaxşı “Turan Tovuz” göstərməyə çalışacağıq. Həmişə olduğu kimi, məqsədimiz üst pillələr uğrunda mübarizə aparmaqdır və mövsümün sonuna qədər bu mübarizəni davam etdirəcəyik.

Uzun illərdir bu komandadayam və burada özümü xoşbəxt hiss edirəm. Mənə başqa klublardan da təkliflər var idi. Ancaq “Turan Tovuz”la daha bir illik müqaviləm var. Hazırda bütün diqqətimi komandama yönəltmişəm və yeni mövsümdə azarkeşlərimizi sevindirəcək nəticələr qazanmağa çalışacağıq”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

İdman.Biz