“Sumqayıt” futbol klubunun yeni baş məşqçisi məlum olub.
İdman.Biz kluba kluba istinadən bildirir ki, “Sumqayıt” portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.
Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.
Filipe Kandido artıq klubun infrastruktur şəraiti ilə tanış olub. Portuqaliyalı mütəxəssisə klub rəsmiləri tərəfindən ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq mərkəzinin meydançaları təqdim olunub.
