Kevin Medina müalicəsini Bakıda davam etdirir

Xəbərlər
16 Yanvar 2024 13:03
383
Kevin Medina müalicəsini Bakıda davam etdirir

“Qarabağ”ın müdafiəçisi Kevin Medina Bakıya qayıdıb.

Klubdan İdman.bizə verilən məlumata görə, 30 yaşlı futbolçu müalicəsini paytaxtda davam etdirəcək.

Artıq kolumbiyalı dünəndən terapiyaya başlayıb. Müalicə “Qarabağ”ın həkimlərinin nəzarəti ilə həyata keçiriləcək və eyni zamanda bərpa məşqlərinə üstünlük verəcək.

Medina bir gün öncə “Qarabağ”la “Zirə” arasındakı ilə yoxlama matçını da stadiondan izləyib.

Qeyd edək ki, Avropa Liqasının “Molde” ilə səfər qarşılaşmasında zədələnən Medina oyunu yarımçıq tərk edib. Sağ bud tendon vətəri qopan futbolçu əməliyyatını Finlandiyada həyata keçirib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: