“Qarabağ” “Zirə”yə böyük hesabla qalib gəlib - YENİLƏNİB

Xəbərlər
15 Yanvar 2024 18:22
205
“Qarabağ” “Zirə”yə böyük hesabla qalib gəlib - YENİLƏNİB

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən Premyer Liqa klublarının iştirakı ilə daha bir oyun keçirilib.

İdman.biz xəbər verir ki, qış fasiləsinə ilk iki pillədə yollanan “Qarabağ”la “Zirə” Bakıda üz-üzə gəlib.

Qarşılaşma "Azərsun Arena"da keçirilib. Komandalar arasında razılaşmaya əsasən matç 4 hissədən (45+25+45+15) ibarət olub. Ağdam klubu rəqibin müqavimətini ikinci hissədə qırıb. Leandro Andrade qol sevinci yaşayıb. Üçüncü hissədə Riçard Almeyda penaltidən dəqiq yararlanıb, ardınca Redon Cica fərqi üç topa çatdırıb - 3:0. Matçda son nöqtəni Nəriman Axundzadə qoyub.

Qeyd edək ki, “Qarabağ” bunadək “Qarabağ-2”yə 7:2, “Zirə” isə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu
15 yanvar

15:00. “Qarabağ” – “Zirə” - 4:0
Qollar: Leandro Andrade, 64, Riçard Almeyda, 108 (p.), Redon Cica, 111, Nəriman Axundzadə, 120

-----

09:24

Azərbaycan Premyer Liqasının liderləri bu gün yoxlama oyununda üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ”la “Zirə” paytaxtda görüşəcək.

Qış fasiləsinə ilk iki pillədə yollanan komandaların dueli "Azərsun Arena"da təşkil olunacaq. Bunadək hər iki komanda bir yoxlama matçı keçirib.

“Qarabağ” əvəzedici komandasını 7:2 hesabı ilə məğlub edib. “Zirə” isə “Araz-Naxçıvan”dan güclü olub – 2:1.

Qeyd edək ki, Ağdam klubu mövsümün ikinci yarısına yanvarın 23-də, qəsəbə təmsilçisi isə 22-də start verəcək.

Yoxlama oyunu
15 yanvar

15:00. “Qarabağ” – “Zirə”

İdman.biz