“Araz-Naxçıvan” sabah “Qəbələ” ilə qarşılaşacaq

Xəbərlər
14 Yanvar 2024 18:06
441
“Araz-Naxçıvan” sabah “Qəbələ” ilə qarşılaşacaq

“Araz-Naxçıvan”ın Qəbələ təlim-məşq toplanışı davam edir.

İdman.biz xəbər verir ki, komanda son məşqini pis hava şəraiti ilə əlaqədar qapalı meydanda keçirib.

“Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. “Qəbələ” ilə oyun saat 14:00-da start götürəcək.

Naxçıvan klubunun zədəli futbolçuları Bakıda müalicə olunur. Orxan Əliyev və İsmayıl Azzaoui yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələniblər.

Qeyd edək ki, yoxlama görüşündən sonra “qırmızı-ağlar” Bakıya dönəcək. İki günlük istirahətdən sonra komanda XIX turda “Qarabağ”ka baş tutacaq qarşılaşmanın hazırlığına start verəcək.

İdman.biz

Məqalədə: