Azərbaycan Premyer Liqası: “Zirə” “Qarabağ”a qarşı

14 Mart 2026 10:21
116
Azərbaycan Premyer Liqası: “Zirə” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində ikinci qarşılaşma Zirə İdman Kompleksinin stadionuda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Oyun saat 19:15-də başlayacaq. “Zirə” 39 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 49 xala malik “Qarabağ” isə ikincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
14 mart (şənbə)
19:15. “Zirə” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Nicat İsmayıllı.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: