“Kəpəz” futbolçusu ilə yollarını ayıra bilər

25 İyun 2026 12:53
76
“Kəpəz” futbolçusu ilə yollarını ayıra bilər

“Kəpəz”in futbolçusu Mahamadu Ba yay transfer dönəmində komandadan ayrıla bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, malili yarımmüdafiəçiyə bir neçə ölkədən maraq var.

Bildirilib ki, 27 yaşlı futbolçu da karyerasında yeni addım atmağa müsbət yanaşır və gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Bununla belə, Mahamadu Banın “Kəpəz”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən Gəncə təmsilçisi oyunçunu yalnız sərfəli maliyyə təklifi alacağı halda buraxmağı nəzərdən keçirir.

Qeyd edək ki, Mahamadu Ba 2024-cü ildən “Kəpəz”in formasını geyinir və son mövsümlərdə komandanın əsas heyət üzvlərindən biri kimi çıxış edir.

İdman.Biz