Murad Məmmədov “Pafos”da ilk qolundan danışıb - VİDEO

14 Avqust 2026 13:39
140
Murad Məmmədov “Pafos”da ilk qolundan danışıb - VİDEO

Kiprin “Pafos” klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov komandadakı ilk qolunu vurmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 20 yaşlı hücumçu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Zaltsburq” klubuna qarşı keçirilən cavab oyununda fərqlənib.

Murad Məmmədov qarşılaşmadan sonra komandanın mübarizəsini yüksək qiymətləndirib:

“Hər şeydən əvvəl Allaha şükür edirəm. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik, amma yolumuz davam edir. İrəli, “Pafos”.

Xatırladaq ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. “Pafos”un üçüncü və son qolunu Murad Məmmədov vurub.

Kipr təmsilçisi ilk görüşdə səfərdə 0:1 hesabı ilə məğlub olduğundan, iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəni dayandırıb. “Pafos” avrokubok mövsümünü Konfrans Liqasında davam etdirəcək.

İdman.Biz