“Qarabağ”ın futbolçusu Abdullah Zubir komandadan ayrılacağına dair iddialara münasibət bildirib.
Bu barədə 35 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Fransalı vinger bildirib ki, Qətərin “Əl Şahaniyə” klubuna keçəcəyinə dair “L`Equipe” nəşrinin xəbəri həqiqətə uyğun deyil.
O, hazırda tam diqqətini “Qarabağ”a yönəltdiyini vurğulayıb.
“Mən burada - “Qarabağ”dayam. Komandanın hazırlıq prosesində iştirak edirəm. Avstriya toplanışında və avrokubok qarşılaşmalarında iştirak edəcəyəm. Bir sözlə, komandanı tərk etməyəcəyəm. Çünki 2027-ci ilin iyununadək bu klubla müqaviləm var”, - deyə o, sportnet.az-a açıqlamasında bildirib.
View this post on Instagram
