“Sabah” futbol klubunun Avstriya toplanışındakı rəqibləri müəyyənləşib.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.
“Bayquşlar”ın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. İyunun 28-də təmsilçimiz Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin birinci təsnifat mərhələsində Bakı klubu Uelsin (TNS) komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 7-8-də Bakıda, cavab görüşü isə iyulun 14-15-də səfərdə keçiriləcək.
Xatırladaq ki, “Sabah” FK bu yay ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
