“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Ukraynanın “Dinamo” futbol komandası ilə qarşılaşmadan sonra stadionu tərk edərkən bir qrup azyaşlı azarkeşin xoşagəlməz davranışı ilə üzləşib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə uşaqların onun avtomobilinə əlləri ilə çırpdığı görünür.
Azyaşlıların bu davranışı Koxalskinin diqqətindən yayınmayıb. Futbolçu avtomobilindən onlara irad bildirib, hərəkətlərindən narazı qaldığını göstərib və nəyə görə maşına vurduqlarını, onun hər zaman dayandığını söyləyib.
