İdman TV yeni mövsümdə də azarkeşlərə nüfuzlu beynəlxalq yarışları canlı izləmək imkanı yaradacaq.
İdman.Biz xəbər verir ki, kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və FA Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir.
Yeni mövsümdə azarkeşlər “Real Madrid”, “Barselona”, “Atletiko Madrid”, “Bavariya”, “Borussiya Dortmund”, “Leypsiq” və “Bayer Leverkuzen” kimi klubların oyunlarını izləyə biləcəklər.
Bundesliqanın yayımı müəyyən fasilədən sonra yenidən İdman TV-də olacaq. Almaniya çempionatının oyunlarını televiziyada, eləcə də kanalın “YouTube” platformasında izləmək mümkün olacaq.
Bundan əlavə, Avropa basketbolunun nüfuzlu turniri Avroliqa da mövsüm ərzində canlı yayımlanacaq. Turnirdə “Fənərbağça”, “Anadolu Efes” və “Beşiktaş” da mübarizə aparacaq.
