“Qarabağ” - “Şamaxı” oyunun biletləri satışa çıxarılır

14 Avqust 2026 16:41
137
“Qarabağ” - “Şamaxı” oyunun biletləri satışa çıxarılır

Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Şamaxı” qarşılaşmasının biletləri satışa çıxarılacaq.

İdman.Biz xəbər verir ki, biletlərin satışı 15 avqust saat 15:00-dan etibarən başlayacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5-20 manat arasında dəyişir. Onları iTicket.az platformasından onlayn əldə etmək mümkündür.

Azarkeşlər matç günü biletləri stadionun kassalarından, eləcə də iTicket.az-dan ala biləcəklər.

Qeyd edək ki, stadionun qapıları qarşılaşmanın startından 120 dəqiqə əvvəl azarkeşlər üçün açılacaq.

Xatırladaq ki, “Qarabağ” - “Şamaxı” qarşılaşması 17 avqust saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz