“Zirə” braziliyalı qapıçını heyətinə qatıb

20 İyun 2026 19:07
96
“Zirə” braziliyalı qapıçını heyətinə qatıb

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” yeni futbolçuyla anlaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, komanda brazilyalı Maykon Kleytonu heyətinə qatıb.

Qapıçı ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.

İdman.Biz