Veysəl Rzayevə iki klubdan təklif gəlib

18 İyun 2026 09:54
171
Veysəl Rzayevə iki klubdan təklif gəlib

Ötən mövsüm bıçaqlanma hadisəsi səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan “Kəpəz”in futbolçusu Veysəl Rzayev karyerasını Birinci Liqada davam etdirəcək.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Şahdağ Qusar” maraqlıdır.

Bununla yanaşı, Premyer Liqanı yeni tərk edən “Karvan-Yevlax” da Rzayevə dəvət göndərib. Tərəflər arasında danışıqlar davam edir.

Futbolçu gələcək karyerası ilə bağlı yekun qərarını ayın sonuna qədər verəcək.

Qeyd edək ki, Veysəl Rzayev 2025/2026 mövsümünün ilk yarısında “Turan Tovuz”un formasını geyinib. O, mövsümün ikinci hissəsi öncəsi “Kəpəz”ə transfer olunub.

İdman.Biz