“Şamaxı” millimizin müdafiəçisini transfer edib

10 İyun 2026 21:48
105
“Şamaxı” millimizin müdafiəçisini transfer edib

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi mərkəz müdafiəçisi Emin Rüstəmovu heyətinə qatıb.

U-21 millimizin üzvü olan Rüstəmov növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

Qeyd edək ki, Emin Rüstəmov 2025/26 mövsümünün ikinci yarısını “Karvan-Yevlax”ın heyətində keçirib.

İdman.Biz