“Turan Tovuz”un sabiq kapitanı: “Qarşıdakı günlərdə yekun qərarımı verəcəm”

10 İyun 2026 14:19
100
“Turan Tovuz”un sabiq kapitanı: “Qarşıdakı günlərdə yekun qərarımı verəcəm”

“Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyev gələcək karyerası ilə bağlı açıqlama verib.

Təcrübəli müdafiəçi hazırda bir neçə klubla danışıqlar apardığını bildirib.

“Turan Tovuz”la yollarını ayıran təcrübəli müdafiəçi sabiq komandasının Konfrans Liqasından kənarda qalmaq ehtimalı ilə bağlı fikirlərini də bölüşüb.

“Turan Tovuz”dan rəsmi şəkildə ayrılmışam və artıq həmin komandanın üzvü deyiləm. İnşallah, İdman Arbitraj Məhkəməsinin (CAS) avrokubokla bağlı verəcəyi qərar klubun xeyrinə olar. Hazırda Premyer Liqanın bir neçə klubu ilə danışıqlar aparıram. Hələlik ad açıqlamaq istəmirəm. Qarşıdakı günlərdə seçimimi edib yekun qərarımı verəcəyəm”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Beləliklə, təcrübəli futbolçunun yeni ünvanının yaxın günlərdə müəyyənləşməsi gözlənilir.

Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ildən Tovuz təmsilçisinin formasını geyinib. O, son mövsümdə az forma şansı əldə edib.

İdman.Biz