“Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”da meydançanın yenilənməsi istiqamətində işlərə start verilib.
İdman.Biz xəbər verir ki, stadionda yeni nəsil hibrid ot örtüyü quraşdırılır.
Təbii ot və xüsusi süni liflərin kombinasiyasından ibarət olan bu sistem daha yüksək dayanıqlılığı ilə seçilir.
Qeyd edək ki, hibrid örtük həm meydançanın oyun keyfiyyətini yaxşılaşdırır, həm də onun uzun müddət ideal vəziyyətdə saxlanmasına şərait yaradır.
