“Sabah”ın 9 dəqiqə meydanda olan futbolçusu “Kəpəz”də

Xəbərlər
11 Yanvar 2024 17:48
226
“Sabah”ın 9 dəqiqə meydanda olan futbolçusu “Kəpəz”də

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki, Camal Cəfərov Gəncə klubunun formasını geyinəcək.

Qərblilər Camalı “Sabah”dan icarəyə götürülüb. O, mövsümün sonuna qədər “Kəpəz”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Cəfərov mövsümün ilk yarısında 1 oyunda şans qazanıb. O, 9 dəqiqə meydanda olub.

İdman.biz