“Zirə” Coşqun Diniyevi geri qaytarmaq istəyir

6 İyun 2026 16:21
154
“Zirə” Coşqun Diniyevi geri qaytarmaq istəyir

“Araz-Naxçıvan”dan ayrılan Coşqun Diniyevə təkliflər var.

İdman.Biz futbolpress.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqası təmsilçisi “Zirə” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 2021-2023-cü illərdə komandada top qovan futbolçunu yenidən sərəncamında görmək istəyir.

Diniyevə Türkiyə Birinci Liqasından da maraq var, lakin hələlik rəsmi müraciət yoxdur.

Coşqun başa çatan mövsümdə “Araz-Naxçıvan”la 25 oyunda bir qol vurub, bir məhsuldar ötürmə edib.

İdman.Biz