UEFA nümayəndələri “Turan Tovuz” üçün bəzi şərtlər irəli sürüblər

26 May 2026 14:59
209
UEFA nümayəndələri “Turan Tovuz” üçün bəzi şərtlər irəli sürüblər

UEFA stadion inspektoru Skott Struthers, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov “Turan Tovuz”un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

İdman.Biz xəbər verir ki, dörd saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub. Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.

İdman.Biz
Məqalədə: