Fərid Qayıbov: “Ümid edirəm ki, yığmaya baş məşqçi məsələsində uğurlu seçim ediləcək”

Müsahibə
9 Yanvar 2024 13:40
203
Fərid Qayıbov: “Ümid edirəm ki, yığmaya baş məşqçi məsələsində uğurlu seçim ediləcək”

“Futbol üzrə Azərbaycan millisinə baş məşqçilik edəcək mütəxəssislə bağlı hər hansısa bir fikrim yoxdur”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, AFFA-nın baş məşqçi seçimində düzgün qərar verəcəyinə inanır: “Bununla bağlı işləri AFFA aparır. Ümid edirəm ki, sonda uğurlu bir seçim ediləcək”.

Qeyd edək ki, Azərbaycan milli komandası Canni de Byazinin postunu tərk etməsindən sonra baş məşqçisiz qalıb. İtaliyalı mütəxəssisin başa çatan müqaviləsi AFFA-nın İcraiyyə Komitəsi qərarı ilə uzadılmayıb. Komitə baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupu yaradıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: