“Sumqayıt”ın futbolçusu Kamran Quliyevin İdman.biz saytına müsahibəsi
- 2023-cü ili özün üçün necə dəyərləndirirsən?
- Ötən il daha da yaxşı ola bilərdi. Qarşıma hədəflər qoymuşam və onlara çatmaq üçün əlimdən gələni edəcəyəm.
- “Sumqayıt” mövsümün ikinci yarısına hazırlıqları Antaliyada davam etdirir. Türkiyədə hazırlıqlar necə gedir?
- Hazırlıqlarımız intensiv şəkildə davam edir. Məşqlərdə əlimizdən gələni edirik ki, mövsümün ikinci yarısına hazır olaq. Çünki hər zaman mövsümün ikinci yarısı çətin olur.
- 2024-cü il sənin ilindir - Əjdaha ili. Bunun üçün ilin sənə uğurlu keçəcəyinə inanırsan?
- Bəli, içimdə belə bir hiss var. Sevdilklərim də mənə eyni ilə belə deyirlər. İnanmaq bacarmağın yarısıdır. Mən buna inanıram.
- Yeni ildən gözləntilər nədir?
- Ən əsası sağlıq və daha çox qollar vurmaqdır.
- Bəs mövsümün qalan hissəsindən gözləntilərin nədir?
- Şükürlər olsun ki, çempionat bizim üçün pis getmir. Mövsümün ikinci yarısı hər zaman çətin keçir. 1 xal itirmək belə komandanı aşağı pillələrə yuvarlaya bilər. Onun üçün tam fokslanmış şəkildə məşqlərimizi davam etdirirk.
- “Sumqayıt”ı mövsümün sonunda turnir cədvəlində hansı yer qane edəcək?
- Hazırda mövsümün sonu üçün bir şey demək çətindir. Mübarizə amansızdır. Bacardığımız qədər yüksək pillələrdə yer almaq üçün oynayacağıq.
Emin Ağa
İdman.biz
