Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
İdman.Biz bu barədə PFL-ə istinadən məlumat verir.
Məlumata əsasən, keçirilmiş test oyununun nəticələrinə əsasən “Turan Tovuz” klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş “Sumqayıt”a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.
