PFL prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq

6 Aprel 2026 15:02
194
PFL prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov aprelin sonuna kimi Bakıda yenidən əməliyyat olunacaq.

PFL-in Media və marketinq direktoru Sənan Abdullayev report.az-a bildirib ki, E.Səmədovun vəziyyəti normaldır və onun müalicəsi davam edir.

Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

İdman.Biz