“Turan Tovuz”un rəqibləri müəyyənləşib

Xəbərlər
2 Yanvar 2024 13:13
173
“Turan Tovuz”un rəqibləri müəyyənləşib

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri məlum olub.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Qərblilər ilk yoxlama oyununa yanvarın 9-da çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə ayın 15-də keçiriləcək. Həmin gün Ayxan Abbasovun baş məşqçisi olduğu komanda iki matça çıxacaq. “Turan Tovuz” günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ardınca isə Özbəkistanın “Nasaf” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bölgə təmsilçisi yanvarın 17-dək Antalyada hazırlıq keçəcək.

Məqalədə: