“Turan Tovuz” və “Qəbələ” fərqli qütblərdə

Xəbərlər
2 Yanvar 2024 11:23
121
“Turan Tovuz” və “Qəbələ” fərqli qütblərdə

Azərbaycan Premyer Liqasının ilk yarısında göstərilən vərəqələrin ümumi sayı bəlli olub.

İdman.biz xəbər verir ki, mövsümün ilk iki dövrəsinin 18 turunda baş tutan 90 matçda futbolçular və rəsmi şəxslər ümumilikdə 420 sarı və 26 qırmızı vərəqə alıblar.

Qırmızı vərəqələrdən 14-ü birbaşa göstərilibsə, 14 dəfə ikinci xəbərdarlıq belə ağır cəza ilə yekunlaşıb. Çempionatın ən intizamlı komandası "Turan Tovuz"dur.

Qırmızı vərəqə almayan qərblilər 34 xəbərdarlıqla cəzalanıb. "Səbail"lə "Kəpəz" də qırmızı vərəqə görməyib.

Ən çox qırmızı vərəqə alan komanda "Qəbələ"dir – 8 dəfə. "Sabah" 6, "Neftçi" 4 dəfə cəzalanıb.

1. "Turan Tovuz" – 34 sarı
2. "Səbail" – 42 sarı
3. "Kəpəz" – 44 sarı
4. "Zirə" – 40 sarı, 1 qırmızı (birbaşa)
5. "Qarabağ" – 32 sarı, 2 qırmızı (1-i birbaşa)
6. "Araz-Naxçıvan" – 40 sarı, 2 qırmızı
7. "Sumqayıt" – 42 sarı, 3 qırmızı (2-si birbaşa)
8. "Neftçi" – 46 sarı, 4 qırmızı (3-ü birbaşa)
9. "Sabah" – 51 sarı, 6 qırmızı (3-ü birbaşa)
10. "Qəbələ" – 49 sarı, 8 qırmızı (4-ü birbaşa)

İdman.biz

Məqalədə: