“Qış fasiləsindən sonrakı oyunlarda itirdiyimiz xallar bizi komanda olaraq qane etmir”.
Bu sözləri “Səbail”in baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis komandasının qış fasiləsindən sonrakı çıxışını dəyərləndirib.
“İtirdiyimiz xallar bu gün bizim üçün qızıla bərabərdir. Çempionluq uğrunda mübarizədə işimizi çətinə salmışıq. Birinci Liqada çıxış edən komandaların hamısı bir-birindən xal almaq iqtidarındadır. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazır olmalıyıq. Turnir cədvəlindəki mövqeyimiz bizi qane etmir. Qarşımıza qoyduğumuz məqsəd var və ona doğru getməliyik. Premyer Liqaya yüksəlməliyik. Hazırda üçüncü pillədəyik, ikinci yerdə olan “Baku Sportinq”dən üç xal geridəyik. Dördüncü yerdə pillədə olan “Mingəçevir”lə xal fərqimiz o qədər böyük deyil. Bu mübarizədən qalib çıxmaq istəyirik və bunun üçün əlimizdən nə gəlirsə, edəcəyik”, - deyə sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Səbail” Birinci Liqada 19 turdan sonra 34 xalla üçüncü pillədə qərarlaşıb.
