12 ayda iki istefa

Xəbərlər
31 Dekabr 2023 13:48
152
12 ayda iki istefa

Azərbaycan Premyer Liqasında 2023-cü ildə cəmi iki istefa qeydə alınıb.

İdman.biz xəbər verir ki, hər iki məşqçi dəyişikliyi 2023/24 mövsümünün ilk yarısına təsadüf edib.

2022/23 mövsümünün ikinci yarısında isə baş məşqçi istefası gerçəkləşməyib. “Səbail” Mahmud Qurbanovu hələ ötən ilin dekabrında ilk yarı bitən kimi yola salıb və Şahin Diniyevi yeni ilədək bu posta təyin edib.

2023-cü ilin ilk istefası isə “Kəpəz”də gerçəkləşib. Gəncə təmsilçisi Azər Məmmədovla vidalaşıb. Onu bir oyunluq Etibar İbrahimov əvəzləsə də, sonradan bu posta Adil Şükürov gətirilib.

İlin son istefası “Neftçi”də baş verib. Bakılılar futbolçu kimi məşhur olan Adrian Mutu ilə vidalaşıb. Onun yerinə gətirilən Miodraq Bojoviç isə debüt üçün yeni ili gözləyəcək.

Qeyd edək ki, qış fasiləsinə “Neftçi” 3-cü, “Kəpəz” 9-cu pillədə yollanıb.

İdman.biz