“Eqnatiya”nın prezidenti Vüsal İsgəndərliyə “qiymət oxudu”

Xəbərlər
29 Dekabr 2023 18:15
282
“Eqnatiya”nın prezidenti Vüsal İsgəndərliyə “qiymət oxudu”

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin Albaniyanın “Eqnatiya” klubunu dəyişməsi üçün şərt açıqlanıb.

İdman.biz xəbər verir ki, komandanın prezidenti Aqim Demrozi bunun yalnız böyük məbləğə rəsmiləşə biləcəyini deyib.

Onun sözlərinə görə, İsgəndərlinin transferləri ilə bağlı xəbərlərə mətbuatda rast gəlib: “Biz nəinki oyunçu satmaq, mövcud heyəti qorumağa və komandaya yeni futbolçuları dəvət etməyə çalışırıq. İsgəndərlini yalnız bir halda sata bilərik. Bunun üçün də onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”.

Qeyd edək ki, İsgəndərlinin Türkiyə, Polşa və Rumıniyadan təkliflər var.

“Eqnatiya” 18 turdan sonra 37 xalla turnir cədvəlinin lideridir.

Emin Ağa
İdman.biz