“Şəfa” rəhbərliyi tək kluba yox, Azərbaycan futboluna xeyir verməyi düşünür.
Bunu Birinci Liqa təmsilçisi “Şəfa” Futbol Klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunan Nadir Nəbiyev deyib.
Mütəxəssis təyinatı barədə danışıb.
“Şəfa” rəhbərliyi ilə görüşümüz oldu və razılaşdıq. İlkin danışıqlarda futbola aid olan düşüncələrimiz üst-üstə düşdü və anladım ki, onlar tək “Şəfa”ya yox, Azərbaycan futboluna xeyir vermək istəyirlər. Bu işləri görmək üçün də uşaq futbolundan başlamaq istəyirlər. Etimad göstərdilər, mən də bu məsuliyyəti üzərimə götürdüm. “Şəfa” gələcək vəd edən və perspektivli klubdur. Düşünürəm ki, bu klubun akademiyasında istedadlı futbolçular yetişəcək”, - deyə o, report.az-a açıqlamasında bildirib.
Nadir Nəbiyev Qərb Regional Futbol Federasiyasının prezidenti vəzifəsində qalacağını da bildirib.
