“Kəpəz”in qapıçısı Yusif İmanov yığmaya çağırılacağına inanır - MÜSAHİBƏ

7 Mart 2026 15:37
55
“Kəpəz”in qapıçısı Yusif İmanov yığmaya çağırılacağına inanır - MÜSAHİBƏ

“Zirə” ilə səfər oyununun çətin keçəcəyini bilirik”.

Bunu “Kəpəz”in qapıçısı Yusif İmanov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Kəpəz”dəki fərdi performansınızı necə dəyərləndirirsiniz?

– Öz performansımı həmişə “daha yaxşı ola bilər” kimi dəyərləndirirəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edirəm. Hər oyunda həm öz üzərimdə işləməyə, həm də komandaya kömək etməyə çalışıram. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyəm.

– Çempionatda növbəti oyununuz səfərdə “Zirə”yə qarşı olacaq. Bu görüşdə şansları necə qiymətləndirirsiniz?

– “Zirə” ilə səfər oyununun çətin keçəcəyini bilirik. “Zirə” çempionatın güclü və nizam-intizamlı komandalarından biridir. Amma biz də matça yaxşı hazırlaşacaq, qələbə qazanmaq üçün meydançaya çıxacağıq.

– Milli komandamız Millətlər Liqasında Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Sizcə, komandamız C liqasına qayıda biləcək? Yenidən milliyə dəvət alacağınızı gözləyirsiniz?

– Milli komandada oynamaq çoz gözəl hissdir. Yığmaya inşallah çağırılacağımı düşünürəm, çünki öz üzərimdə işləyirəm. Hər bir futbolçu üçün millidə oynamaq şərəfdir. Və hədəflərimiz həmişə ən yüksək olmalıdır. Millətlər Liqasında yaxşı nəticə göstərəcəyimizə inanıram.

İdman.Biz