“Neftçi”nin baş məşqçi Yuri Vernidubun müraciətini nəzərə alan klub rəhbərliyi onun həyat yoldaşının Ukraynadan Azərbaycana gəlməsinə dəstək göstərib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin xanımı artıq Bakıdadır.
“Ağ-qaralar” cütlük üçün ev də kirayələyib və onlar artıq “Ağ şəhər”də yaşayırlar.
Y.Vernidub ötən ilin əvvəlindən ölkəmizdə fəaliyyət göstərir. “Şerif”in sabiq baş məşqçisi ilə bakılılar 1,5 illik (6 aylıq ilkin + 1 illik əlavə) müqavilə imzalayıb. Razılaşmaya əsasən, o, komandanı avrokuboklara daşımaq öhdəliyi götürüb. İş qənətbəxş sayılarsa, kontraktın ikinci hissəsi qüvvəyə minəcək.
