AFFA Ağdam klubunu cərimələyib

6 Mart 2026 15:25
107
AFFA Ağdam klubunu cərimələyib

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb.

İdman.Biz xəbər verir ki, buna Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” - “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olması səbəb olub.

Ağdam klubu 2500 manat cərimələnib. Həmçinin, görüşdə “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “şirlər” 700 manat ziyana düşüb.

Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Zirə” - “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviçin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmaması, “Sumqayıt” komandasının 1000 manat cərimələnməsi qərara alınıb.

“Qəbələ” - “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. “Qırmızı-qaralar” isə 1000 manat cərimələnib.

İdman.Biz