“Kəpəz”in seçimi

Xəbərlər
26 Dekabr 2023 14:40
302
“Kəpəz”in seçimi

“Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.

Klubdan İdman.bizə verilən məlumata görə, "sarı-göylər" yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər.

Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi bəllidir. Komanda elita klublarından "Qəbələ" və "Araz-Naxçıvan" ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.

İdman.biz

Məqalədə: