“Sabah”ın baş məşqçisi: “Qarabağ”la oyunu deyil, “Neftçi”ni düşünürük”

Müsahibə
26 Dekabr 2023 11:24
191
“Sabah”ın baş məşqçisi: “Qarabağ”la oyunu deyil, “Neftçi”ni  düşünürük”

“Qarabağ”la Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirəcəyimiz oyunu fikirləşmirəm”.

Bunu İdman.biz saytına “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında “Qarabağ”a rəqib olmalarına münasibət bildirib. 2023/2024 mövsümündə Ağdam klubuna hər 2 matçda məğlub olan Musayevin sözlərinə görə, hazırda vacib olan yalnız komandanın oyun keyfiyyətini yüksəltmək və futbolçuları qarşıdakı matçlara psixoloji olaraq hazırlamaqdır: “İrəlidə bizi qısa təlim-məşq toplanışı və ardınca Premyer Liqada "Neftçi" ilə oyun gözləyir. Bundan sonra "Qarabağ"la qarşılaşma ilə bağlı düşünmək olar”.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la ilə ilk oyunu yanvarda, cavab matçını fevralda keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz