Lunyovun agenti: “Qarabağ”a keçid geriyə addım deyil”

Xəbərlər
25 Dekabr 2023 20:29
916
Lunyovun agenti: “Qarabağ”a keçid geriyə addım deyil”

“Lunyovun “Qarabağ”a keçidi geriyə addım deyil”.

İdman.biz xəbər verir ki, bunu rusiyalı qapıçı Andrey Lunyovun agenti Anton Smirnov deyib.

Rusiya mətbuatında danışan Smirnov təcrübəli qolkiperin “Bayer”dən “Qarabağ”a keçidini tənqid edənlərə cavab verib. O, Ağdam klubunun son 10 ildə Avropa kuboklarındakı çıxışını nümunə göstərib: “Qarabağ”la bağlı anlaşılmayan nədir? Komanda 10 ildir Avrokuboklarda mübarizə aparır. Ağdam klubu Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərində çıxış edir. Bu mövsüm pley-offa vəsiqə qazanıblar. Andreyin bu uğurunu görə, çox şadam”.

Qeyd edək ki, Lunyov yayda Leverkuzen “Bayer”indən azad agent kimi keçib. Rusiyalı qapıçı ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İdman.biz