Koxalskinin “Qarabağ”la müqaviləsində xüsusi bənd var

13 Fevral 2026 20:53
113
Koxalskinin “Qarabağ”la müqaviləsində xüsusi bənd var

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin müqaviləsində sərbəst qalma bəndi var.

İdman.Biz-in Meczyki.pl saytına istinadən verdiyi məlumata görə, polşalı qapıçının sərbəst qalma bəndi 2,5 milyon avrodur. Bu bəndi yalnız İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klubları aktivləşdirə bilər.

Bundan əlavə, oyunçunu transfer edən komanda Ağdam klubuna sonrakı satış faizinin 20 faizini ödəməli olacaq.

“Qarabağ” Koxalskini 2024-cü ilin yayında Polşanın “Stal” klubundan alıb. 25 yaşlı qapıçı bu mövsüm Azərbaycan çempionu üçün 24 rəsmi oyun keçirib.

İdman.Biz