Vüsalın komandası "5" alıb

Xəbərlər
24 Dekabr 2023 20:07
188
Vüsalın komandası "5" alıb

Azərbaycanlı futbolçunun çıxış etdiyi "Eqnatiya" Albaniya çempionatında uduzub.

İdman.biz xəbər verir ki, Vüsal İsgəndərlinin komandası öz meydanında 0:5 hesabı ilə məğlub olub.

"Tirana" ilə oyun Albaniya çempionatının 18-ci turuna təsadüf edib. Oyunun favoriti "Eqnatiya" hesab olunsa da, komandanın azlıqda qalması rəqibin qələbə qazanmasında böyük rol oynayıb.

Start heyətində meydana çıxan Vüsal 73-cü dəqiqədə əvəzlənib. Məğlubiyyətə baxmayaraq, İsgəndərlinin komandası 37 xalla liderliyini qoruyub.

Qeyd edək ki, "Eqnatiya" növbəti turda öz meydanında "Skenderbeu" ilə yanvarın 13-də qarşılaşacaq.

İdman.biz