Coşqunsuz “Ümraniyəspor” 3 xal qazanıb

Xəbərlər
24 Dekabr 2023 19:34
176
Coşqunsuz “Ümraniyəspor” 3 xal qazanıb

Coşqun Diniyevin komandası Türkiyə 1-ci Liqasında son 4 oyunda 3-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “Ümraniyəspor” öz meydanında “Girəsinspor”a qalib gəlib.

Azərbaycanlı futbolçu 17-cu tur çərçivəsində keçirilən qarşılaşmada meydana çıxmayıb. Dörd sarı vərəqə limitini aşan Coşqun turu istirahət etməli olub. 2:1 hesabı ilə yekunlaşan oyunda qollar fasilədən sonra vurulub. Bu qələbədən sonra ümraniyəlilər turnir cədvəlinin 9-cü pilləsinə yüksəliblər. Diniyevin komandasının hesabında 22 xal var.

Qeyd edək ki, “Ümraniyəspor” növbəti oyununu yanvarın 14-də “Gənclərbirliyi”nə qarşı keçirəcək.

İdman.biz